Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BELARUSİYANIN SƏFİRİ LƏNKƏRANDA

02 noyabr 2017 | 16:00

Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Axramoviç Qennadiy Lənkəran şəhərinə tanışlıq səfərinə gəlib.
     Səfər proqramı çərçivəsində səfir 01 noyabr 2017-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul olunub. Qəbul zamanı səfirə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi  və mədəni həyatı barədə geniş məlumat verilib. Səmimi qəbula görə İcra başçısına minnətdarlığını bildirən səfir görüşdən sonra Lənkəranla yaxından tanış olmaq üçün şəhərin görməli  yerlərində - Heydər Əliyev Xatirə Parkında, Həzi Aslanov Parkında olub, Azərbaycanlıların Soyqırımı abidəsinə baş çəkib, Hallabong sitrus bağında təsərrüfatla və Hirkan Milli parkında fauna və flora ilə maraqlanıb.

 

Keçidlər