Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İDEA-nın ağacəkmə təşəbbüsü Lənkəranda geniş vüsət alıb

21 oktyabr 2017 | 16:00

İDEA ictimai birliyinin ağacəkmə təşəbbüsü ölkənin hər yerində olduğu kimi Lənkəranda geniş vüsət alıb. İctimai birliyin təşəbbüsünə dəstək olaraq Lənkəran ŞİH başçısının 13 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən  15 oktyabr 2017-ci il tarixdən 15 noyabr 2017-ci il tarixədək olan müddət rayonda yaşıllaşdırma aylığı elan olunub. Artıq aylıqla bağlı tərtib olunmuş tədbirlər planının icrasına başlanıb. Tədbirlər planına uyğun olaraq 21 oktyabr 2017-ci il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, İcra aparatının məsul işçilərinin, müxtəlif idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində, Hava limanı qarşısında və magistral yolun Sutamurdov kəndindən keçən hissəsində növbəti kütləvi ağacəkmə aksiyası keçirilıib. Aksiya zamanı 2 minədək dəmir ağacı, küknar, xan çinarı və eldar şamı əkilib.  Yeni əkilən ağaclar suvarılaraq dayaqlarla bərkidilib.
      Ağac əkini davam etdirilir.

 

 

 

 

Keçidlər