Lənkəranda “Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır” mövzusunda tədbir keçirilib
Oktyabrın 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr olunmuş “Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən Mərkəzin direktoru Reyhanə Sadıxova bildirib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi tariximizdə əbədiyaşarlıq qazanmışdır. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Lənkəran şəhər 5 saylı məktəbin direktor müavini Cəfər Fətullayev və Rvo kənd orta məktəbinin dil ədəbiyyat müəllimi Samirə Quliyeva çııxışlarında bir daha Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, ölkəmizin bu günkü inkişafından qürur hissi keçirdiklərini, müstəqil Respublikamızın sabahının daha gözəl olacağına əminliklərini ifadə ediblər.
Tədbirin sonunda məktəblilərin ifasında müstəqillik gününə həsr olunmuş şeirlər səsləndirildi.