Lənkəranda yaşıllaşdırma aylığına start verilib
Son illərdə Lənkəranda yaşıllaşdırma işlərinə diqqət artırılıb. Hər il şəhərin park və bağlarında, inzibati ərazi dairələrinin yaşayış məntəqələrində, magistral yollar boyunca müxtəlif növ ağaclar əkilir, onlara vaxtında aqrotexniki qulluq göstərilir və mühafizəsindən ötrü müvafiq tədbirlər görülür. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 13 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə növbəti yaşıllaşdırma aylığının keçirilməsi qərara alınıb. Aylığın keçirilməsinə dair tədbirlər planı təsdiq olunaraq icrasına başlanılıb. Tədbirlər planına uyğun olaraq keçirilən ilk ağacəkmə aksiyası zamanı şəhərin Hava limanı ərazisində 700 ədəd və Ələt-Astara magistralının şəhərin ərazisindən keçən hissəsində 250 ədəd eldar şamı, küknar, sərv, dəmirağac əkilib.
Yeni əkilmiş ağaclar suvarılaraq dayaqlarla möhkəmləndirilib və onların mühafizəsindən ötrü 250 metr uzunluğunda dəmir tordan ibarət qoruyucu zolaq qurulub.
Eyni zamanda rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatları tərəfindən də ərazilərdə müxtəlif növ ağac və gül kolları əkilib.
Yaşıllaşdırma aylığı davam edir.