Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

REGİONAL VİDEO-KONFRANS

07 noyabr 2012 | 16:00

Noyabrın 6-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Paşa Bankın dəstəyi ilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlılıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçirilmişdir.
Video-konfransda QKDK-nin, Paşa Bankın və yerli İcra hakimiyyəti orqanlarının nümayəndələri, Lənkəran şəhəri, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və Yardımlı rayonlarının səhmdar cəmiyyətlərinin rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan QKDK-nin aparatının rəhbəri Bəxtiyar Əzizov Azərbaycanda qiymətli kağızlar bazarının mövcud vəziyyəti, inkişaf meylləri barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
Lənkəran ŞİH başçısının müavini İlkin Rəhimov İcra başçısının təbrikini konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Azərbaycan Respublikası QKDK-nin sədr müavini İlqar Muradov, komitənin şöbə müdirləri Elnur Allahverdiyev, Fərid Rəhimov, Akşin Cahangirov, hüquqşünas Kamran Hüseynov, mətbuat sektorunun müdiri Çingiz Hüseynov, Paşa Bankın nümayəndəsi Kəmalə Elitaş və başqaları çıxış etmişlər.
Sonra səhmdar cəmiyyətləri sədrlərini maraqlandıran suallar cavablandırılmışdır.
Sonda Lənkəran şəhər mərkəzi kitabxanasının və Lənkəran Dövlət Universitetinin nümayəndələrinə komitə tərəfindən nəşr olunmuş “Fond birjasında investisiya”, “Maliyyə bazarları terminlərinin izahlı lüğəti” və “Kapital bazarları və biznes imkanları” kitabları hədiyyə edilmişdir.
 

Keçidlər