Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ QEYD OLUNUB

04 oktyabr 2017 | 16:00

Oktyabrın 4-də Lənkəranda Beynəlxalq Müəllimlər Günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Xatirə  Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində təhsilin inkişafına həsr olunmuş filmin nümayişi ilə başlayıb.
   Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Əliyeva son illər ölkəmizdə milli təhsil sisteminin inkişafında həyata keçirilən islahatlardan, əldə olunan nailiyyətlərdən danışıb.
    Natiq öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ay Lənkərana səfəri zamanı rayonda həyata keçirilən işlərdən məmnun qalmasından, lənkəranlılara göstərdiyi yüksək etimaddan söz açıb.
    Diqqətə çatdırılıb ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları, Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Çoxlu məktəb binası inşa olunub və yenidən qurulub. Müasir tələblərə cavab verən məktəb binaları avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunub.
     R.Əliyeva tədbir iştirakçılarına Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun salamlarını və təbriklərini çatdırıb.
   Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
    Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar və xatirə hədiyyələr təqdim olunub.

 

 

 

Keçidlər