Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB

30 sentyabr 2017 | 16:00

Sentyabrın 30-da Lənkəranın prokurorluq işçiləri peşə bayramlarını təntənə ilə qeyd ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri, prokuroluq işçiləri ilk əvvəl şəhərin mərkəzində yerləşən Heydər Əliyev Xatirə Parkına gələrək Ümummilli Lider Heydər Əliyeyin abidəsini ziyarət edib önünə tər gül dəstələri düzüblər.
     Daha sonra tədbir Lənkəran Rayon Prokurorluğunda davam etdirilib. Yığıncağı giriş sözü ilə açan Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Elçin Məmmədov  prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb.
  Tədbirin sonunda hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları  təbriklərini söyləyiblər.

 

 

Keçidlər