LƏNKƏRANDA ƏMƏK YARMARKASI KEÇİRİLİB
Lənkəran Şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşgulluq Xidmətinin birgə təşkilatçılıgı ilə Lənkəran Dövlət Universitetinin binasında işsiz vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib.
Yarmarkaya rayonun 22 müəssisə və təşkilatından 271 boş iş yeri çıxarılıb ki, bunlardan 14-ü dövlət, 5-i qeyri-dövlət, 3-ü xarici şirkətə məxsus olub. İş yeri çıxaran müəssisə və təşkilatlarda orta aylıq əmək haqqı 116 manat, maksimum əmək haqqı isə 560 manat təşkil edib.Təklif olunan iş yerləri arasında bank sektoru, hava yolları, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələri daha çox yer alıb.
Yarmarkada 127 nəfər işsiz və işaxtaran vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilib. Tədbir zamanı həmçinin müasir əmək bazarının tələblərinə uygun peşələr üzrə peşə hazırlıgına cəlb olunmaq üçün daha 30 nəfərin qeydiyyatı aparılıb.
Lənkəran Rayon Məşgulluq Mərkəzindən verilən məlumata görə, 2017-ci ilin 8 ayı ərzində mərkəzdə 1.057 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb. Onlardan da ümumilikdə 850 nəfəri müvafiq işlə təmin olunub.