Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“İslam Həmrəyliyi ili” çərçivəsində tədbir keçirilib

13 sentyabr 2017 | 16:00

İslam Həmrəyliyi ili ilə əlaqədar silsilə tədbirlər Lənkəran şəhərində də davam etdirilir. Növbəti tədbir sentyabrın 13-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçilərinin, şəhər ictimaiyyətinin, din xadimlərinin, kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi tədbiri Lənkəran ŞiH başçısı Taleh Qaraşov açıb.
      İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunmasının, Bakıda İslam Həmrəyliyi oyunlarının keçirilməsinin Azərbaycanın təkcə yerləşdiyi coğrafi məkanda deyil, eyni zamanda bütün dünyada nüfuzlu, siyasi sabitliyin hökm sürdüyü iqtisadi cəhətdən güclü dövlət imicinə malik olmasının göstəricisi olduğunu diqqətə çatdırıb. Bütün bunların xalqımız üçün qürurverici olduğunu qeyd edən İcra başçısı bu qabaqcıl mövqeyi qorumağın, daha da inkişaf etdirməyin dini inancından, ictimai mövqeyindən asılı olmayaraq hər bir sağlam düşüncəli vətəndaşın şərəf borcu olduğunu önə çəkib. İcra başçısı ölkədə tolerantlığın və multikultural dəyərlərin ictimai-siyasi həyatda qanunun aliliyinin təmin olunmasında, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində əvəzsiz rolunu vurğulayaraq  hər bir vətəndaşı mili-mənəvi dəyərlərin saflığını qorumağa, onların yad təsirlərə məruz qalmaması üçün siyasi sayıqlıq və iradə nümayiş etdirməyə çağırıb.
      İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqəti ilə Lənkəranın artıq Avropa səviyyəli bir şəhərə çevrildiyini, burada ictimai-siyasi və mədəni həyatda baş verən hadisələrə ən yüksək səviyyədə qiymət verildiyini önə çəkərək tədbir iştirakçılarını bütün sahələrlə bərabər din sahəsində də sabitliyi qorumağa, qanunvericiliyinin tələblərini gözləməyə çağırıb.
      Sonra QMİ-nin cənub bölgəsi üzrə qazisi Qəni Axundzadə, Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi İslam Hümbətov, DQİÜ DK-nin cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov və ŞİH başçısı aparatının dini məsələr üzrə şöbəsinin müdiri Asif İmanov çıxış edib islam dininə aid əxlaqi dəyərlərin təbliği və dini mərasimlərin keçirilməsi sahəsində qanunvericiliyin tələblərinin qorunması ilə bağlı fikirlərini bildiriblər.

 

 

Keçidlər