Prezident İlham Əliyevin Lənkərana səfəri ilə əlaqədar yığıncaq keçirilib
Sentyabrın 6-da Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfəri və çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrlə bağlı ümumrayon toplantısı keçirilib. Lənkəran ŞİH başçısı aparatının rəsmilərinin, hüquq – mühafizə orqanları rəhbərlərinin, yerli inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, sahibkarların, və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantını giriş sözü ilə açan şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov respublika müşavirəsində ölkə başçısının qarşıya qoyduğu vəzifələri bir daha sadalamaqla onların icrasından ötrü görüləcək tədbirlərlə əlaqədar geniş məlumat verib. Natiq bildirib ki, dövlət başçısının rayona növbəti səfəri bütün lənkəranlıların yaddaşında uzun müddət qalacaq. Bu səfər həm də Lənkəranın tarixinə qızıl hərflərlə yazılan bir əlamətdar hadisə oldu. Hazırki dövrdə ərzaq təhlükəsizliyinin ptioritet məsələyə çevrildiyini xüsusu vurğulayan T.Qaraşov Prezident İlham Əliyevin müşavirədəki dərin məzmunlu çıxışının hər bir fermer, sahibkar, iş adamı üçün icrası vacib və strateji əhəmiyyət daşıyan fəaliyyət proqramı olduğunu diqqətə çatdırıb. İcra başçısı həmçinin qeyd etdi ki, cənab Prezidentin Lənkərana səfərdən dərhal sonra Olimpiya İdman Kompleksinin yeni binasının tikintisinin davam etdirilməsi və şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün və fasad hissəsinin təmirindən ötrü müvafiq vəsaitin ayrılması barədə imzaladığı sərəncamları rayonun sosial-iqtisadi inkişafına göstərilən davamlı dəstəyin növbəti nümayişi və lənkəranlıların fədakar əməyinə verilən yüksək qiymətin bəhrəsi olduğunu önə çəkib. Qarşıda çox mühüm vəzifələrin dayandığını söyləyən T.Qaraşov dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmaqdan ötrü bütün sahələrdə işin sürətləndirilməsinin və daha yüksək nailiyyətlər qazanmaqdan ötrü əzmkarlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, “Yaşıl çay” MMC fermer təsərrüfatının rəhbəri Araz Yağubov, rayon ziyalısı Əlimərdan Əliyev, ağsaqqal Bülbül Sadıxov və digərləri çıxış edərək rayonda çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı ilə əlaqədar fikir və mülahizələrini söyləyiblər.Sonda müşavirə iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.