QURBAN BAYARAMI LƏNKƏRANDA TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
27 oktyabr 2012 | 15:00
Oktyabr ayının 26-da respublikamızın hər yerində olduğu kimi Lənkəranda da Qurban bayramı təntənə ilə qeyd edilib. Bu münasibətlə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov və digər rəsmilər şəhərin Böyük bazar, Kiçik bazar və Qalayçılar məscidlərində olublar. İ.Dadaşov məscidlərə toplaşan müsəlmanların Qurban bayramını İcra başçısı Taleh Qaraşovun adından təbrik edib.
Məscidlərdə icra hakimiyyəti xətti ilə müxtəlif cinsli iri və xırda buynuzlu mal-qara kəsilərək şəhid ailələrinə, müharibə veteranlarına, rayonumuzda məskunlaşmış məcburi qaçqın və köçgün ailələrinə, həmçinin kimsəsizlərə paylanıb.