Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

23 Avqust hadisələrinin ildönümü qeyd olundu

23 avqust 2017 | 16:00

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında çətin sınaq olmuş 1993-cü ilin avqust Lənkəran hadisələrindən 24 il ötür. Həmin hadisələr zamanı Ümummilli Lider Heydər Əliyevin çağırışı ilə lənkəranlılar ayağa qalxıb Azərbaycanın ərazi bütövlüyünü parçalamağa cəhd edən separatçı qüvvələri darmadağın etmişdi. Hadisələrdə üç nəfər həlak olmuş, onlarla mərd mübariz insan yaralanmışdı.
       23 avqust hadisələrinin növbəti ildönümü  münasibətlə Lənkəran şəhərində tədbir keçirilmiş və tədbirdə həmin hadisələr zamanı separat qüvvələrə qarşı mübarizədə  həlak olmuş Milli Qəhrəmanlar Sultanağa Bayramovun, Paşa Təhməzovun və Etibar Əliyevin xatirəsi anılmışdır. Anım mərasimində Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev, aparatın rəsmiləri, ictimai birliklərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib qəhrəmanların büstləri önündə gül-çiçək dəstələri qoyublar. Milli Qəhrəmanların vəfatı günü münasibətilə evlərində mərasimin təşkilindən ötrü Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həmin ailələrə müvafiq köməklik olunmuşdur.

Keçidlər