Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA YARIM İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLİB

02 avqust 2017 | 16:00

   Avqustun 2-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH)  başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda 2017-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iclası açaraq bildirib ki, cari ilin ilk yarısı əvvəlki illərdə olduğu kimi bir sıra uğurlarla başa çatıb. Bu dövrdə dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycanda bir çox sahələrdə, xüsusilə qeyri-neft sektorunda inkişaf tempi davam etmiş, nəzərdə tutulan proqram və layihələrin vaxtında icrası təmin edilmişdir. Makro-iqtisadi vəziyyət sabit olmuş, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşmışdır. İcra başçısı bu dövrdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını bildirərək Bakıda IV İslam Həmrəyliyi oyunlarının muvəffəqiyətlə keçməsinin bu nüfuzun daha bir parlaq sübutu olduğunu diqqətə çatdırıb. 
İcra başçısı cənab Prezident İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı sayəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində yeni mərhələnin başlandığını, genişmiqyaslı quruculuq–abadlıq işlərinin, iri həcimli investisiya layihələrinin icra edildiyini diqqətə çatdıraraq birinci yarım ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurları qeyd edib. O, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının əvvəlki ilə müqayisədə 1,6 faiz artaraq 163 milyon manat təşkil etdiyini, sənayedə 15,6 milyon manatlıq məhsulun istehsal olunduğunu, qeyri-dövlət sektorunda istehsalın həcminin 10,9 milyon manat təşkil etdiyini qeyd etməklə aqrar sahədə qazanılan uğurları da sadalayıb tərəvəz, çay və düyü istehsalı sahəsində sevindirici nəticələrin qazanıldığını diqqətə çatdırıb. Bununla belə, İcra başçısı ölkə prezidentinin 7 iyun 2017-cı il tarixli sərəncamı ilə Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin aparılmasından ötrü 7.5 milyon manat vəsaitin ayırmasını cari ilin ən mühüm hadisəsi kimi dəyərləndirməklə bu sərəncamın sakinlər tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılandığını vurğulayıb. Eyni zamanda İcra başçısı hesabat dövründə Lənkəranda  “XX əsrdə Türk-Müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, “İslam Həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfransın, may ayında  “Radikalizm və ekstrizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminarın, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, təşkilatın üzv dövlətləri və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Avropa Günü”nün (Şuman günü) keçirilməsini rayon ictimaiyyətinə göstərilən yüksək etimad olduğunu diqqətə çatdırıb. Sonra ŞİH başçısının müаvini–sosial-iqtisadi inkişаfın тəhlili  və prоqnоzlаşdırılmаsı  şöbəsinin müdiri  Xalid Rəhimоv 2017-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.
Rayon Kənd Təsərüfatı idarəsinin rəisi Tofiq Rzayev, Rayon Maliyyə idarəsinin müdiri İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı idarəsinin rəisi Allahyar Salayev və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildiriblər.
İcra başçısı Taleh Qaraşov iclası yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Keçidlər