Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİLMİŞDİR

25 oktyabr 2012 | 15:00

Oktyabr ayının 24-də Heydər Əliyev Mərkəzində “Müəllimlik fəaliyyəti üzrə işə qəbul qaydaları haqqında” maarifləndirici seminar keçirilmişdir. Tədbirə rayonda yerləşən ali və orta ixtisas məktəblərinin müəllimləri, KİV nümayəndələri və tələbələr qatılmışdır.
Seminarı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açaraq bildirmişdir ki, məlum olduğu kimi son vaxtlar müəllimlərin işə qəbulu test imtahanları vasitəsilə keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinə edilən müraciətdən aydın görünür ki, işə düzəlmək istəyən gənclərin əksəriyyəti bu qəbul qaydalarından xəbərsizdir. Bugünkü seminarın keçirilməsi də işə düzəlmək istəyən gənclər arasında bu istiqamətdə maarifləndirici tədbirlərin gücləndirilməsi zərurətindən irəli gəlir.
Seminarda Lənkəran Dövlət Universitetinin magistri və gənc müəllim Seymur Murtuzayev “Müəllimlik fəaliyyəti üzrə işə qəbul qaydaları və real təcrübələr” mövzusunda çıxış etmişdir.
Mövzu ilə bağlı iştirakçılara videoçarx nümayiş edilmişdir.
Seminarda Lənkəran Dövlət Universitetinin, Lənkəran Dövlət Humanitar Kollecinin və sair təhsil müəssisələrinin sonuncu kurs tələbələrini maraqlandıran suallar cavablandırılmışdır.
 

Keçidlər