Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Avropa Şurasının nümayəndə heyəti Lənkəranda

05 iyul 2017 | 16:00

05 iyul 2017-ci il tarixdə Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndə heyəti Lənkəran şəhərində səfərdə olub.
Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin Latviya üzrə üzvü, məsləhətçi Renis Aboltins, Məşvərətçi Komitənin Avstriya üzrə üzvü, Vyana Universitetinin Linqvistika kafedrasının böyük tədqiqatçısı Brigitta Busch, Məşvərətçi Komitənin Sloveniya üzrə üzvü, Lyublyana Universitetinin Sosial Elmlər kafedrasının professor köməkçısı Petra Roter və Avropa Şurası Katibliyində “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə mütəxəssis Agnesvon Maravicin daxil olduğu nümayəndə heyəti şəhər Mədəniyyət Mərkəzinin demonstrasiya zalında Lənkəranın folklorunu, sənətkarlığını və etno¬qrafiyasını özündə daimi və geniş əks etdirən  Etnoqrafiya Sərgisi ilə tanışlıqdan sonra akt zalında təhsil, səhiyyə, mədəniyyət  məssisələrinin, müxtəlif idarə və təşkilatların rəhbərləri, habelə rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə görüşüb. Görüşdə iştirak edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov qonaqlara Lənkəran rayonunun sosial-iqtisadi inkişafı, həyata keçirilən  mədəni-quruculuq tədbirləri barədə ətraflı məlumat verərək milli münasibətlər sahəsində siyasətin cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini, Azərbaycanın hər yerində olduğu kimi Lənkəran rayonununda da bütün millətlərin nümayəndələrinin  hüquq və azadlıqlarının Konstitusiya normaları səviyyəsində qorunduğunu  və rayondaq milli zəmində heç bir ayrı-seçkiliyin olmadığını diqqətə çatdırıb.
Dialoq şəklində keçən görüşdə tərəflər arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan fikir mübadiləsi aparılmış, vətəndaşların, o cümlədən milli azlıqların hüquq və azadlıqlarının qorunması ilə bağlı görülən işlər, milli azlıqların nümayəndələrinin ana dilində təhsil almaq, xəstəxanalarda müalicə olunmaq, işlə təminat və s. bağlı dövlət təminatı barədə onlara ətraflı məlumat verilib.

Keçidlər