Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU

02 iyul 2017 | 16:00

İyulun 2-də Lənkəranda polis işçilərinin peşə bayramı qeyd olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) şəxsi heyəti əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Bayram tədbiri Lənkəran ŞRPŞ-nin akt zalında davam etdirilib.
Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətov Azərbaycan polisinin 99 illik çətin və məsuliyyətli fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan polisi 2 iyul 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb.  2 iyul 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə polis işçilərinin peşə bayramı günü təsis edilib,  Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin maddi-texniki bazası, təminatı, həyat şəraiti daha da gücləndirilib. İctimai asayişin, dövlətçiliyimizin  qorunmasında göstərdiyi xidmətlərinə görə polis əməkdaşları Vətənin ən yüksək mükafatlarına layiq görülüblər.
Tədbirdə çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov polis əməkdaşlarını peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edərək Azərbaycan polisinin keçdiyi 99 illik tarixi yolun şərəfli yol olduğunu xüsusi vurğulayıb.
İcra başçısı həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm Prezidentimiz İlham Əliyevin dönmədən inkişaf və davam etdirməsindən danışaraq xalqımızın Azərbaycan polisinə böyük inam hissi bəslədiyini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətlərinin əvəzsiz olduğunu dönə-dönə qeyd edib.
Taleh Qaraşov Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşlarının torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaət göstərdiklərini, onlardan bir çoxunun örden və medallarlla təltif olunduğunu, həmçinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb. İcra başçısının sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib, bu gün isə möhtərəm Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Lənkəranda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Lənkəran ŞRPŞ-nin şəxsi heyətinin rolunu xüsusi qeyd edən icra başçısı çıxışının sonunda onlara ən səmimi və xoş arzularını çatdırıb.
Tədbirin sonunda bir qrup polis əməkdaşına Lənkəran ŞİH-nin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər