Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI

23 iyun 2017 | 16:00

İyunun 23-də dövlət qulluqçularının peşə bayramı münasibətilə Lənkəranda  tədbir keçirilib.
Tədbirdən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov,  İcra aparatının kollektivi və rayonda müxtəlif idarələrdə çalışan dövlət qulluqçuları Heydər Əliyev Xatirə Parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə təzə-tər gül dəstələri düzüblər.
Sonra ŞİH-nin iclas zalında bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan İcra başçısı T.Qaraşov dövlət qulluqçularına təbriklərini çatdıraraq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçuları səylə çalışır, Vətənə, cəmiyyətə layiqincə xidmət edirlər. Lənkəran rayonunda çalışan dövlət qulluqçularının da rayonda siyasi sabitliyin, sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin təmin olunmasında əməyinin böyük olduğunu diqqətə çatdıran İcra başçısı dövlət qulluqçularının hazırlanmasına, təhsilinə, iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq  qayğı göstərildiyini və işdə fərqlənən kadrların əməyinin ədalətli şəkildə qiymətləndirilməsinə ölkə Prezidenti tərəfindən yüksək qiymət verildiyini xüsusi qeyd edib.
Natiq Şilavar kənd inzibati ərazi dairəsi  üzrə nümayəndə Afət Əkbərovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasına görə cənab Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını ifadə edib. İcra başçısı bütün dövlət qulluqçularını əlamətdar gün münasibətilə bir daha təbrik edərək onlara ən səmimi arzularını çatdırıb və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Sonra Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva dövlət qulluqçularının peşə bayramı münasibətilə məruzə ilə çıxış edib.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran ŞİH-nin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər