Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

15 İyun-Milli Qurtuluş günü Lənkəranda təntənə ilə qeyd edildi

15 iyun 2017 | 16:00

Milli Qurtuluş günü ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edilir. Bu münasibətlə iyunun 15-də Heydər Əliyev xatirə parkında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndərin abidəsi ziyarət olunub və önünə tər gül-çiçək dəstələri qoyulub.
Həmin gün Heydər Əliyev Mərkəzində “15-iyun Azərbaycan xalqının Qurtuluş Günüdür” mövzusunda konfrans keçirilib.
İcra başçısı Taleh Qaraşov konfransı açaraq Milli Qurtuluş gününün Azərbaycan xalqının taleyində oynadığı misilsiz rolu barədə ətraflı məlumat verib.
Natiq həmin günün Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdaraq dövlət müstəqilliyini məhv olmaqdan xilas etdiyi tarixi an olduğunu diqqətə çatdırıb.
İcra başçısı çıxışında Ümummilli Liderin  parlaq dühası ilə qurulmuş və cənab Prezident  İlham Əliyevin müdrik səyləri ilə sürətlə inkişaf edib gündən-günə qüdrətlənən müstəqil və azad Azərbaycan dövlətinin hər bir ölkə vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayıb. Eyni zamanda o, 1993-cü ilin 15 İyun-Milli Qurtuluş günündən ötən müddət ərzində  Azərbaycanın hər yeri kimi Lənkəran şəhərinin də sürətlə inkişaf etdiyini, həm Ümummilli Lider Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında köklü dəyişiliklərin, bütün sahələrdə inkişafın baş verdiyini  və bu gün də bu inkişafın davam etdiyini bildirib.
Sonra İcra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbənin müdiri Rasilə Əliyeva məruzə edib və məruzə ətrafında çıxışlar olub.
  Daha sonra Lənkəran Şəhər Mədəniyyət Mərkəzində incəsənət kollektivlərinin iştirakı ilə bayram konserti olub. Konsertdə Ulu Öndərə və vətən sevgisinə həsr olunmuş musiqi nümunələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Keçidlər