Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Azərbaycan Kənd İnvestisiya layihəsinin donor tərəfdaşları Lənkəranda

08 iyun 2017 | 16:00

8 iyun 2017-ci il tarixdə Azərbaycan Kənd İnvestisiya layihəsinin donor tərəfdaşı olan Dünya bankının AzkİL 3 layihəsi üzrə tapşırıq meneceri Satoşi İşihara, Dünya bankının sosial inkişaf üzrə baş mütəxəssisi Tara Şarafuheen, AzKİL-in icma inkişafı meneceri Gülbəniz Qənbərova və  layihənin proqram mütəxəssisi Fəridə Eminova Lənkəranda olublar.
Qonaqlar Lənkəran ŞİH başçısı tərəfindən qəbul ediliblər. Qəbul zamanı layihə çərçivəsində rayonda həyata keçirilən tədbirlər barədə söhbət aparılıb. Söhbət zamanı İcra başçısı layihə çərçivəsində görülmüş işləri, kəndara yollarının əsaslı təmiri, ucqar kəndlərdə məktəblər üçün əlavə korpusların, tibb məntəqələrinin tikintisi ilə bağlı həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirib təşkilatın fəaliyyətindən razılığını ifadə edib. Eyni zamanda görüşdə gələcək əməkdaşlıq üçün mövcud olan imkanlar müzakirə olunmuş və kəndlərin sosial-iqtisadi inkişafı baxımından daha əhəmiyyətli olan yeni layihə və proqramların hazırlanıb qarşılıqlı əməkdaşlıq şəraitində icrası qərara alınmışdır.

Keçidlər