Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ MAL-QARA YARMARKASI

25 oktyabr 2012 | 15:00

Oktyabr ayının 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Astara şosesinin 274-cü kilometrliyindəki köhnə yanacaqdoldurma məntəqəsinin ərazisində Qurban bayramı münasibətilə mal-qara satış yarmarkası keçirilmişdir.
Yarmarkaya 15 nəfər fiziki şəxs tərəfindən 1600 baş xırda buynuzlu mal-qara çıxarılmışdır. Qurbanlıq üçün nəzərdə tutulmuş mal-qara Zona Baytarlıq Laboratoriyası əməkdaşlarının tibbi müayinəsindən keçi¬ril-mişdir.
Əhaliyə diri çəkidə 4 manat, kəsilmiş halda isə 8 manat nəzarət tərəzilərində çəkilmiş qurbanlıq ət təklif olunmuşdur.
Yarmarkada saat 09:00-dan 12:00-dək 500-dən artıq mal-qara satılmışdır.
 

Keçidlər