Meksikanın səfiri Lənkəranda
06 İyun 2017- ci il tarixdə Meksikanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Lənkərana tanışlıq səfərinə gəlib. Səfər çərçivəsində səfir Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Qəbul zamanı İcra başçısı səfirə Lənkəran rayonunun tarixi mədəniyyəti, coğrafi mövqeyi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. Səmimi görüşə görə İcra başçısına təşəkkürünü bildirən səfir Meksika-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razı qaldığını və bu əlaqələrin dahada möhkəmlənməsi arzusunda olduğunu diqqətə çatdırıb. Bu əlaqələrin genişləndirilməsi məqsədi ilə Lənkəran şəhəri ilə Meksika şəhərlərlərindən birinin qardaşlaşması üçün çalışacağını söyləyib. Sonra səfir Lənkəran Dövlət Universitetində olub Rektor Natiq İbrahimovla görüşərək təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını müzakirə edib. Səfir eyni zamanda Lənəkran Dövlət Dram teatrına baş çəkib yaradıcı kollektivin fəaliyyəti ilə tanış olub.
Həmin gün səfir Bakı şəhərinə yola düşüb.