Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilmişdir
İyunun 1-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlar dünyanın ən böyük sərvətidir” adlı tədbir keçirilmişdir. Rayonun məktəb və məktəbəqədər təhsil müəssisələrinin, uşaq kollektivlərinin iştirak etdiyi tədbirdə qeyd edilmişdir ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ümummilli Lider Heydər Əliyev vaxtilə uşaqların təhsilinə, onların
savadlı olmasına, dövlətimiz və cəmiyyətimiz üçün yararlı olmalarına çalışmışdır. Bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev dahi şəxsiyyətin xeyirxah ənənələrini uğurla davam etdirir. Daha sonra tədbirdə Mərkəzin rəsm studiyasının uşaqlarının rəsm əsərləri nümayiş olunmuşdur.
Tədbir Mərkəzin rəqs kursunun asamblının ifaları ilə davam etmişdir.