Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

01 iyun 2017 | 16:00

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd olundu.
Lənkəran Mədəniyyət Mərkəzində şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimləri, şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçiləri, uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva və digər rəsmi şəxslər Mədəniyyət Mərkəzinin foyesində açılmış uşaqların əl işlərindən ibarət sərgi ilə tanış oldular.
   Daha sonra tədbirdə ümumtəhsil və musiqi məktəbləri, məktəbəqədər təhsil müəssisələrinin şagird və uşaq kollektivlərinin iştirakı ilə hazırlanmış bayram konserti nümayiş olundu. Konsertdən sonra Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin uşaqlarla görüşünü əks etdirən video-çarx nümayiş etdirildi.

 

Keçidlər