Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “28 MAY- RESPUBLİKA GÜNÜ” İLƏ ƏLAQƏDAR TƏDBIR KEÇİRİLMİŞDİR

26 may 2017 | 16:00

26 may 2017-ci il tarixdə Lənkəran Heydər Əliyev Mərkəzində 28 May- Respublıka Gününə həsr olunmuş “İnsanlara hüriyyət, millətlərə istiqlal” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Mərkəzin direktoru Reyhanə Sadıxova Azərbaycanın istiqlal mübarizəsi tarixindən danışaraq qeyd etmişdir ki, XX əsrin əvvəllərində Xalq Cümhuriyyəti 23 ay yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı. Bu, Ümummilli Lider Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Eləcədə o, bildirmişdir ki, bu gün bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünya birliyində özünə layiqli yer qazanmışdır.
Daha sonra çıxış edən Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov qeyd etmişdir ki, Xalq Cümhuriyyətinin yaranması yalnız Azərbaycana yox, bütün Şərqə böyük təsir göstərmiş,1920 - ci ilin aprelində süqut etsə də  müstəqillik hissləri xalqımızı heç zaman tərk etməmiş, bu dövlət tərəfindən əsası qoyulmuş ideyalar  ötən əsrin 90 - cı illərində bərpa olunmuş müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyeviin gərgin zəhmətləri nəticəsində reallığa çevrilmişdir.
Tədbirin sonunda Mərkəzin rəsm studiyasının istedadlarının 28 may Respublika Gününə həsr olunmuş  milli dövlətçilik tariximizi əks etdirən rəsm əsərləri nümayiş olunmuşdur.

Keçidlər