Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional tədbir keçirilib

11 may 2017 | 16:00

Mayın 11-də Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayon prokurorları, Daxili İşlər və Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti və DQİDK-nin yerli strukturlarının rəhbərləri, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 
       Tədbirdən öncə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkımda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
       Daha sonra DQİDK-nin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminə baxış olub.               Seminar-müşavirəni giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dünyada gedən proseslərin, dini zəmində baş verən ixtilafların, radikalizm və ekstremizmin, islamafobiya meyllərinin islam ölkələrinə dağıdıcı təsirlərindən danışaraq, bu kimi mənfi halların qarşısının alınması baxımindan keçirilən regional seminar-müşavirən əhəmiyyətini qeyd edib. Natiq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.
DQİDK-nin sədr müavini Səyavuş Heydərov çıxışında dini zəmində baş verən münaqişələrin, radikalizm və ekstremizmin müsəlman ölkələrinə ciddi zərbə vurduğunu və bu proseslərin müsəlman ölkələrinin tənəzzülünə səbəb olduğunu bildirərək, ölkəmizdə bu kimi proseslərin qarşısının alınmasında DQİDK-nin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və hüquq-mühafizə orqanlarının birgə əməkdaşlıq etdiyini, həmin sahədə ciddi işlərin aparıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edildiyini vurğulayan sədr müavini bununla ölkəmizin tarixi missiya həyata keçirdiyini, islam ölkələrini sülhə, həmrəyliyə çağırdığını qeyd edib.
Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev çıxışlarında məzhəb qarşıdurması, dini ayrı-seçkilik, radikal dini cərəyanlara qarşı aparılan profilaktiki və inzibati işlərdən danışaraq, son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumatlar veriblər.
QMİ-nin bölgə üzrə qazisi Hacı Qəni Axundzadə isə çıxışında islam dininin elm dini olduğunu, bu dinin xurafatdan uzaq şəkildə təbliğ olunmasında maarifləndirmənin vacibliyindən bəhs edərək, bölgədə son dövrlərdə dini sabitliyin mövcudluğunu diqqətə çatdırıb.

Keçidlər