Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“MİLLİ TƏHSİL SİSTEMİNDƏ MƏKTƏB PSİXOLOQLARININ VƏ UŞAQ BİRLİKLƏRİNİN ROLU” MÖVZUSUNDA DEBAT KEÇİRİLMİŞDİR

20 oktyabr 2012 | 15:00

Heydər Əliyev Mərkəzi, Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər təhsil şöbəsi ilə birlikdə 19 oktyabr 2012-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mərkəzdə “Milli təhsil sistemində məktəb psixoloqlarının və uşaq birliklərinin rolu” mövzusunda debat keçirmişdir.
Tədbiri giriş sözü ilə məktəb psixoloqlarının dayaq məntəqəsinin rəhbəri, Lənkəran şəhər 5 saylı tam orta məktəbin psixoloqu Könül Manafova açaraq, Ümummilli Lider Heydər Əliyevin milli və ümumbəşəri dəyərlərin qorunması, dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi naminə gördüyü işlərdən söhbət açdı. Sonra Ümummilli Lider Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən video-rolik tədbir iştirakçılarına nümayiş etdirildi. Debatda fikir mübadiləsi edən ümumtəhsil orta məktəblərin psixoloqları və uşaq birliyi təşkilatlarının rəhbərləri tərbiyə işinin təşkilində müasir metodlardan istifadə edilməsinin zəruri olmasını bildirdilər. Onlar bu sahədə səmərəli fəaliyyətin qurulması üçün Koordinasiya Şurasının yaradılmasını təklif etdilər. Şuranın tərkibi 5 nəfərdən ibarət fəal psixoloq və Uşaq Birliyi Təşkilat rəhbərlərindən müəyyənləşdirildi. Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov da bu məsələyə öz münasibətini bildirdikdən sonra, şəhər İcra hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Quliyev uşaqlarla bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi, hüquqi institusional bazada edilmiş dəyişikliklər haqqında məlumatlar verdi. Qanunvericilik sistemində edilən dəyişikliklərin təhsil müəssisələrində tətbiqi üçün psixoloqların və uşaq birliklərinin xüsusi rolu olduğunu qeyd etdi. Heydər Əliyev Mərkəzinin direktoru xanım Seyidzadə Cavadova uşaqların tərbiyə edilməsində Ümummilli Lider Heydər Əliyevin irsinin təbliğ edilməsinin vacibliyini vurğuladı. Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev mərkəzinin elektron kitabxanası, muzeyi və digər bölmələri ilə tanış oldular.
 

Keçidlər