Almaniyanın səfiri Lənkəranda
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixael Kindsqrab Lənkərana tanışlıq səfəri zamanı 08 may 2017-ci il tarixdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovla görüşüb. Görüşdə Azərbaycan-Almaniya əlaqələri çərçivəsində Lənkəran rayonunun iqtisadi subyektləri ilə əməkdaşlığın qurulmasının prespektivləri barədə söhbət aparılıb. İcra başçısı Lənkəran rayonunun sosial iqtisadi inkişafı və infrastrukturu barədə qonağa ətraflı məlumat verib. Sonra səfir rayonun bir sıra görməli yerləri ilə eyni zamanda AccessBank Lənkəran filialı, Haftoni qəsəbəsində tikilməkdə olan İsti-su və Sağlamlıq mərkəzi, İstisu qəsəbəsində Yaşıl Çay fermer təsərrüfatının çay plantasiyaları və Gilan-Lənkəran konserv zavodu ilə tanış olub.