Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANLI GƏNCLƏR TƏNTƏNƏLİ SURƏTDƏ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI

06 aprel 2017 | 16:00

Aprelin 7-də Heydər Əliyev Xatirə Parkında çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş tədbir keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanları rəhbərləri, Qarabağ müharibəsi veteranları, çağırışçı gənclər, ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə  gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin rəisi mayor Tural Məmmədov, Milli Qəhrəman atası Ələkbər Əliyev, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Etibar Vəliyev, valideynlər adından Məmmədağa Cahangirov, çağırışçı gənclər adından Araz Nurullayev ürək sözlərini və arzularını bildirərək gənclərin doğma yurda sağ və salamat, qalib əsgər kimi qayıtmalarını arzulayıblar.
Tədbirdə çıxış edib gənclərə xeyir-duasını bildirən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qeyd edib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Bu gün Vətəni qorumaq gənclərin öhdəsindədir. İcra başçısı lənkəranlı gənclərin Vətənə ləyaqətlə xidmət edəcəklərinə, igidlik və şücaət göstərəcəklərinə inandığını bildirərək onlara hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib və düşmənə layiqli cavablar verərək qəhrəman əsgər adını qazanmağı arzulayıb.
Məktəblilərdən ibarət “Gənc Aslanovçu”ların Vətənə, torpağa, Milli Orduya həsr olunmuş şeirləri səsləndirməsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda musiqi sədaları altında çağırışçı gənclər Azərbaycan bayrağına təzim edib, hərbi xidmətə yola düşüblər.

Keçidlər