Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“YAŞIL AZƏRBAYCAN NAMİNƏ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ EKOLOJİ TƏLİMLƏR LƏNKƏRANDA KEÇİRİLDİ

18 oktyabr 2012 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 12 iyul 2011-ci il tarixində başlanılmış İDEA ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq kampaniyası növbəti ölkəmiqyaslı ekoloji maarifləndirmə layihəsinə start verib. Dördüncü həftənin başlaması ilə təlimçilər artıq 2 rayonda 4 məktəbdə seminar keçiblər. Oktyabr ayının 16-da Masallı rayonunun məktəblərində şagirdlərlə görüşən təlimçilərin növbəti dayanacaq nöqtəsi Lənkəran şəhəri olub.
Oktyabrın 17-də Lənkəran şəhər 1 saylı orta məktəbində və 4 saylı hümanitar təmayüllü məktəb-liseydə baş tutan təlimdə şagirdlərə ilkin olaraq ekoloji biliklər verilib. Layihənin əsas məqsədi isə şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin İDEA kampaniyasının regionlarda “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir.
Şagirdlərdə ekoloji yaşıl düşüncənin formalaşdırılması yönümündə aparılan təlim çərçivəsində ətraf mühitin mühafizəsi yönümündə hər bir fərdin bilməli və etməli olduğu vacib öhdəliklər barədə informasiyalar verildi. Ətraf mühit problemləri və bu problemlərin həllində gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və digər yaşıl məsələləri əhatə edən təlim müddətində şagirdlərlə birlikdə müxtəlif ekoloji oyunlar keçirildi.
Qeyd edək ki, 20 rayon və şəhəri əhatə edən İDEA ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq kampaniyasının layihəsi çərçivəsində artıq 17 rayonun 34 məktəbində seminarlar təşkil olunub. Təlimçilər layihə müddətində 6000-dən artıq şagirdlə təmasda olublar.
Xatırladaq ki, hazırda İDEA Beynəlxalq Kampaniyasının Moskva və Vilnus şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Ən yaxın zamanda İDEA İstanbulda da nümayəndəliyini açmağı planlaşdırır.
 

Keçidlər