Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər İcra Hakimiyyəti Yanında Şuranın İclası keçirilib

28 mart 2017 | 16:00

Lənkəran ŞİH başçısı yanında Şuranın 28 mart 2017-ci il tarixdə növbəti  iclası keçirilib. Şura iclasında İcra aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Muradov “Şəhər, qəsəbə, kənd və sahə inzibati  ərazi dairələri üzrə icra nümayəndəliklərində vətəndaşların gündəlik həyatı əhəmiyyətli məsələlərinin həlli və sosial-mədəni tələblərinin ödənilməsi sahəsində görülmüş işlərin vəziyyəti” və  İcra başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı baxımından rayonda məhsul istehsalının artırılması, keyfiyyətinin yaxşılaşdırılması və tədarükünün səmərəli təşkil olunması ilə əlaqədar şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın 25 oktyabr 2016-cı il tarixli qərarının icra vəziyyəti haqqında” məsələlərlə bağlı arayışları dinlənilib.  Məsələlərin müzakirəsi zamanı çıxış edən natiqlər qeyd olunanlarla bağlı fikir və mülahizələrini bildiriblər.
Şuranın sədri, Lənkəran ŞİH başçısı Taleh Qaraşov müzakirələrə yekun vuraraq hər iki məsələ ilə bağlı qarşıda duran vəzifələri şura iştirakçılarının diqqətinə çatdırmış və aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər