Lənkəranda “8 Mart Beynəlxalq Qadınlar günü” qeyd olundu
07 mart 2017 | 16:00
Lənkəran şəhərinin “Şah” sarayında “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə şənlik keçirildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində İcra başçısı Taleh Qaraşov çıxış edərək rayon qadınlarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.
Rayonun bədii özfəaliyyət kollektivlərinin və uşaq musiqi məktəbləri şagirdlərinin maraqlı konsert proqramı şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılandı.