Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər İcra Hakimiyyətində Şura iclası keçirildi

06 mart 2017 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 6 mart 2017-ci il tarixdə növbəti iclası olub. İclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov gündəlikdə duran məsələləri Şura iştirakçılarının diqqətinə çatdırıb.
Sonra  İcra aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri S.Şəfiyeva “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq 2016-cı ildə Lənkəran Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti haqqında” və Aparatın Memarlıq və tikinti şöbəsinin müdiri E.İbrahimov “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1117 nömrəli Fərmanına əsasən rayonda şəhərsalma və tikinti işlərinin aparılması haqqında” məsələlərlə bağlı məlumat veriblər. Müzakirələr zamanı çıxış edən natiqlər məsələlərlə bağlı fikir və mülahizələrini söyləyiblər. Daha sonra başçının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev Novruz bayramı ilə əlaqədar Lənkəran rayonu ərazisində iməciliklər keçirməklə görüləcək abadlıq-quruculuq işləri və bu sahədə məsul şəxslərin ayrılması barədə məlumat verib.
    İcra başçısı Şura iclasını yekunlaşdıraraq müzakirə olunan məsələlərlə bağlı aidiyyəti üzrə tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər