Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İsveçrənin səfiri Lənkəranda

01 mart 2017 | 16:00

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri  Filip Ştalder Lənkəranda səfərdə olub.
Səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Qəbul zamanı İcra başçısı İsveçrə Konfedrasiyası ilə Azərbaycan Respublikası arasında siyasi və iqtisadi əlaqələrin əhəmiyyətindən geniş danışaraq bu əlaqələrin gələcək uğurlu perspektivini qeyd etməklə yanaşı qonağa rayonun sosial-iqtisadi inkişafı, coğrafi mövqeyi, mədəni və təsərrüfat həyatı, turizim infrastrukturu və tarixi barədə məlumat verib. Səmimi qəbula görə səfir İcra başçısına minnətdarlıq etməklə Azərbaycan İsveçrə əlaqələrinin bundan sonra da möhkəmlənməsi və daha da faydalı olması üçün çalışacağını bildirib. Daha sonra səfir Lənkəran şəhəri və rayonun görməli yerləri ilə tanış olmaq üçün Heydər Əliyev xatirə parkında gəzib, Heydər Əliyev mərkəzinə, tarix diyarşunaslıq müzeyinə, Xocalı soyqırımı abidəsinə baş çəkib və İstisu qəsəbəsində Yaşıl Çay fermer təsərrüfatının çay plantasiyalarına baxış keçirib. Həmin gün səfir Lənkəran Dövlət Universitetində müəllim və tələbələrlə görüş keçirib.

Keçidlər