Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı-xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirilmişdir.

24 fevral 2017 | 16:00

24 fevral 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbli- gənclər üçün təşkil olunan tədbirdə iştirakçılar öncə Heydər Əliyev memorial muzeyi ilə, sonra  Xocalıda baş vermiş  faciəni, insanlığa sığmayan erməni vəhşiliyini rənglərin dili ilə özündə  əks etdirən rəsm sərgisi ilə tanış olmuşlar.
Anım mərasimində günahsız faciə qurbanlarının xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq, 25 il öncə baş verənlərin səbəb və nəticələrini, zaman-zaman ermənilərin Azərbaycan xalqına yaşatdığı ağrı-acıları tarixi faktlarla iştirakçıların nəzərinə çatdırmış, nahaq qanın yerdə qalmayacağını, gec-tez əzəli və əbədi torpaqlarımızın erməni işğalından  azad olunacağını bildirmişdir. Eləcədə o, bildirmişdir ki, bu faciənin ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmişdir.
25 il öncə Xocalıda baş verən faciəni bütün dövrlərin ən dəhşətli qətliyamı kimi xarakterizə edən Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov  çıxışında bu faciəni törədənlərin əvvəl-axır tarix qarşısında, Azərbaycan xalqı qarşısında cavab verəcəyindən söz açmışdır.
Anım mərasimi ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

Keçidlər