Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA AİLƏVİ İSTİRAHƏT MƏRKƏZİ XEYRİYYƏ AKSİYASINA START VERİB

22 fevral 2017 | 16:00

Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən “Boranı” Ailəvi İstirahət Mərkəzi xeyriyyə aksiyasına start verib. Mərkəzin kollektivi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sahibkarlara yaratdığı əlverişli şəraitə cavab olaraq Lənkəran rayonundakı Qarabağ müharibəsi şəhidlərinin övladlarının doğum günlərini öz hesabına keçirməyi qərara almışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən bu aksiya ilə bağlı şəhid övladlarına üzərində  “Biz atanıza əbədi borcluyuq. Haqqı atanız tərəfindən ödənilib” sözləri yazılmış dəvətnamələr göndərilir.
Ötən gün istirahət mərkəzində Sütəmurdov kəndindən olan Zöhrə İbrahimlinin ad günü məclisi keçirilib. Qeyd edək ki, Zöhrə Qarabağ müharibəsində şəhid olmuş Aftandil İbrahimlinin övladıdır.
Ad günü tədbirində Zöhrə İbrahimlinin yaxınları iştirak ediblər.

Keçidlər