Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Vergilər Nazirliyi Lənkəranda sahibkarlarla görüş keçirib

24 yanvar 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixdə imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə Vergilər Nazirliyi ölkənin regionlarında fəaliyyət göstərən vergi ödəyiciləri ilə silsilə görüşləri davam etdirir.
Növbəti görüş yanvarın 23-də Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və  Biləsuvar rayonlarından olan sahibkarlarla keçirilib. Tədbir Ümummilli Liderin abidəsinin ziyarəti ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə, o cümlədən Lənkəran rayonunda sahibkarliqin inkişafı istiqamətində görülən işlərdən, iş adamlarına edilən güzəştlərdən və bu sahədə vergi ödəyiciləri qarşısında duran vəzifələrdən danışıb.
Daha sonra vergilər nazirinin müavini Sahib Ələkbərov çıxış edərək Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi, ölkədə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması barədə ətraflı məlumat verib.
Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər