Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ŞURA İCLASINDA 9 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

17 oktyabr 2012 | 15:00

Oktyabrın 16-da Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda 2012-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.
Sonra məruzə üçün söz ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimova verildi. Məruzəçi 2012-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.
İ.Rəhimov bildirdi ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə artım əldə olunmuşdur.
Məruzə ətrafında şəhər Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov, Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rəfail Tahirov, Lənkəran Qaz İstismar Sahəsinin baş mühəndisi Azad Babayev, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, “Lənkəran Yol Tikinti” ASC-nin sədri Nicat Bağırov, çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının giriş və yekun nitqlərindən irəli gələn mühüm məsələlərdən danışdı.
T.Qaraşov bildirdi ki, 2012-ci ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır. Doqquz ay ərzində sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam etmiş, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə makro-iqtisadi vəziyyət sabit olmuş, ümumi daxili məhsul istehsalı artmışdır.
Daim dövlətin diqqət mərkəzində duran qeyri-neft sektoru inkişaf etmişdir. Çox fərəhli haldır ki, qeyri-neft sahəsində qazanılmış bu nəticə hələ də çətin maliyyə problemləri ilə üz-üzə duran dünya iqtisadiyyatında ən yüksək göstərici hesab olunur.
Uğurla davam etdirilən iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatına keçən illə müqayisədə investisiya qoyuluşu artmış, inflyasiya minimum həddə enmişdir. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmişdir.
İcra başçısı daha sonra ötən 9 ayda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışmış, qarşıda duran vəzifələri uğurla icra etməkdən ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.
 

Keçidlər