Lənkəranda “Azərbaycanın intellektual birincisi” layihəsi adlı regional turnir keçirilmişdir.
27 noyabr 2016-cı il tarixdə "İrəli” İctimai Birliyinin təşkilatçılığı və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Lənkəran rayonunda “Azərbaycanın intellektual birincisi” layihəsinin regional turniri yekunlaşıb. Lənkəran rayonunda baş tutan açılış mərasimində "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasında belə intellektual oyunların əhəmiyyətini vurğulayıb, dövlət gənclər siyasəti haqqında məlumat verilib, yarış iştirakçılarına uğurlar arzulayıb.Açılışmərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") oyunlarına start verilib.
Seçim turunda “Vətəni tanı”, “Axtar-tap”, intellektual oyununda Lənkəran, "Xəmsə" intellektual oyununda Lerik rayonunun gəncləri qalib gəlib.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edilmişdir.