HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “HEYDƏR ƏLİYEV – AZƏRBAYCANDA DÖVLƏT MÜSTƏQİLLİK KONSEPSİYASI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı Gənclər Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev – Azərbaycanda dövlət müstəqillik konsepsiyası” adlı dəyirmi masa keçirilmişdir. Müstəqillik günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə düzənlənən tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev açmışdır. Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Uğur Qurbanzadə, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov, Lənkəran Tibb Kolleci gənclər təşkilatının sədri Günel Əliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Fatma Məmmədova, YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Samir Salayev, CTV-nin əməkdaşı Aygün Əliyeva və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda gördüyü işlərdən, mövzu ilə əlaqədar tarixi faktlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin geniş fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın daha da inkişaf edib möhkəmlənməsindən danışıblar.
Dəyirmi masada YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları, gənc fəallar və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri Heydər Əliyev Mərkəzinin rəhbəri Seyidzadə Şəfiyeva yekunlaşdırmışdır.