Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

23 noyabr 2016 | 16:00

Şura iclasında 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında Lənkəran şəhər icra hakimiyyəti başçısı yanında Şuranın 2016-cı il 16 avqust tarixli qərarının icrası vəziyyəti müzakirə edilib. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov  iclası açaraq  müzakirəyə çıxarılan məsələnin aktuallığını önə çəkərək qışa hazırlıq işlərinin vaxtında sona çatdırılmasının vacibliyini qeyd etmişdir. Məsələ ilə bağlı İcra başçısının müavini- şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev məlumat verərək payız-qış mövsümünə hazırlıqla əlaqədar əhalinin fasiləsiz elektrik enerjisi, qaz və içməli su ilə təchizatının təmin olunması istiqamətində lazımi tədbirlərin görüldüyünü,  0.4, 10, 35 və 110 kv-luq elektrik hava xətlərinə və yarımstansiyalara baxışın keçirildiyini, nasazlıqların aradan qaldırılması üçün avadanlıqların yenisi ilə əvəz olunduğunu qeyd etmişdir.  Məlumat verilmişdir ki, ötən müddət ərzində 25 ədəd 10/0.4 kv-luq transformatorda təmir işləri aparılmış, 0.4 kv-luq çıxış xətləri yenilənərək SİP kabellərlə əvəzlənmiş, 5 ədəd iki faza ilə işləyən transformator dəyişdirilmiş, rayonun Daşdatük, Köhnəgəgir, Kənarmeşə, Darquba, Separadi və Şağlakücə kəndlərində kiçik gücə malik elektrik tansformatorları daha güclüləri ilə əvəz edilmişdir.   Eyni zamanda qeyd olunmuşdur ki, rayonda 2 ədəd yeni yarımstansiya, 26 ədəd transformator məntəqəsi yenidən qurulmuşdur.
Lənkəran, Xarxatan, Rvo-2 və Hirkan qaz paylayıcı stansiyalarında yenidənqurma işləri aparılmış, rayonun yaşayış məntəqələrində qazlaşdırma işləri davam etdirilmiş, Ləj kəndi üzrə 304, Qumbaşı kəndi üzrə isə 248 abonentə təbii qaz verilmişdir. Bu günə kimi rayon üzrə 93 yaşayış məntəqəsindən 65-i, yəni 69,9 faizinin, eləcə də ev təsərrüfatlarının sayına görə isə 42620 təsərrüfat, yəni 88,1 faizinin qazlaşdırıldığı diqqətə çatdırılmışdır. İlin sonuna kimi Haftoni qəsəbəsinin də mavi yanacaqla təmin olunacağı vurğulanmışdır. Rayonun təhsil müəssisələrinin istilik sisteminin yaxşılaşdırılması üçün 14 məktəb binasından 12-nin qazanxanasının qaz xəttinə qoşulması işlərinin  başlanıldığı, şəhərində 53 çoxmənzilli yaşayış binasının zirzəmi hissəsində qəzalı vəziyyətdə olan kanalizasiya borularının dəyişdirildiyi, suötürücü kanallarda və kollektorlarda təmizlik işlərinin aparıldığı, maşın və mexanizmlərin, yol təmizləyici qurğuların işlək vəziyyətə gətirildiyi, qar yağan zaman küçələrdə buz qatının yaranacağı təqdirdə istifadə olunmaq üçün qum və duz ehtiyatının tədarük edildiyi, kommunal binalarda su-kanalizasiya xətlərinin təmir olunduğu, tüstü bacalarının təmizləndiyi barədə məlumatlar diqqətə çatdırılmışdır. Şəhərin küçələrində təhlükə törədə biləcək vəziyyətdə olan köhnə ağaclar kəsilələr yerində təzə ağacların əkildiyi, şaxtaya davamsız ağacların polietilen örtüklə büküldüyü diqqətə çatdırılmışdır.
Məsələ ilə əlaqədar İcra başçısı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tövsiyyə və tapşırıqlar vermişdir.
Məsələnin müzakirəsindən sonra müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər