LƏNKƏRANDA ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLDİ
22 noyabr 2016 | 16:00
Noyabrın 22-də Lənkəranda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi.
Əvvəlcə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Sonra Lənkəran Rayon Məhkəməsində və Lənkəran Ağır Cinayətlər Məhkəməsində bayram tədbirləri keçirildi.