Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA YAP-IN 24-CÜ İLDÖNÜMÜ QEYD EDİLDİ

21 noyabr 2016 | 16:00

Noyabrın 21-də Lənkəranda YAP-ın yaradılmasının 24-cü ildönümünə həsr olunmuş ümumrayon toplantısı keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydular.
Heydər Əliyev Mərkəzində keçirilən toplantını giriş sözü ilə YAP Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşov açaraq partiyanın yaranma tarixindən, Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm rolundan və beynəlxalq aləmdə nüfuzunun artdığını diqqətə çatdırdı, YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirildiyini söylədi.
Sonra YAP Lənkəran Şəhər Təşkilatının sədr müavini Əlimərdan Əliyevin məruzəsi dinlənildi.
Ə.Əliyev YAP-ın yaranmasının 24-cü ildönümü münasibətilə siyasi həmfikirləri təbrik edərək partiyanın keçdiyi tarixi yola nəzər saldı. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən danışaraq bildirdi ki, YAP qısa müddət ərzində geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirməklə ölkənin ümumxalq partiyasına çevrildi.
Məruzəçi həmçinin rayonun 156 ərazi ilk təşkilatında 11 minə yaxın partiya üzvünün fəaliyyət göstərdiyini diqqətə çatdırdı, onların rayonun ictimai-siyasi həyatında, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icra edilməsində fəal rol oynadıqlarını söylədi, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendumda) mütəşəkkil fəaliyyətindən ətraflı bəhs etdi.
Daha sonra toplantıda çıxış edən rayon Ağsaqqallar Şurasının sədr müvini Sərhad Məmmədov, şəhər Təhsil şöbəsi ərazi ilk təşkilatının sədri Güloğlan Bağırov və YAP Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev ürək sözlərini söylədilər, partiyanın şanlı, şərəfli yol keçdiyini bildirdilər.
Sonda YAP-ın sıralarına yeni qəbul olunmuş gənclərin bir qrupuna partiyanın üzvlük biletləri təqdim olundu.

Keçidlər