Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN RAYONUNUN MƏKTƏBLİLƏRİ GƏNCƏ ŞƏHƏRİ, ŞƏMKİR VƏ GÖYGÖL RAYONLARI İLƏ YAXINDAN TANIŞ OLACAQLAR

12 noyabr 2016 | 16:00

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 12-dən 15-dək davam edəcək tur-aksiyanın Lənkəran rayonundan olan iştirakçıları – ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 12-də səhər saatlarında ölkənin Qərb bölgəsinə yola düşüblər.
Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə tur-aksiya iştirakçılarının yolasalma mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlqar Dadaşov, İcra başçısının müavini Rasilə Əliyeva, şöbə müdiri Əlimərdan Əliyev, İcra aparatının əməkdaşları, təhsil işçiləri və valideynlər iştirak ediblər.
Məktəblilər və müəllimlər dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə Avtomobil Zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.
Yolasalma mərasimində çıxış edən şəhər İcra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri, valideynlər dövlətimizin başçısının tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün təşkil edilmiş “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirərək məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər