Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“ÖLKƏMİZİ TANIYAQ”: TUR-AKSİYA İŞTİRAKÇILARI CƏNUB BÖLGƏSİNDƏ

14 noyabr 2016 | 16:00

“Ölkəmizi tanıyaq” layihəsinin altıncı mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları - Gəncə, Şəmkir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Daşkəsən, Kəlbəcər, həmçinin Bakı şəhərinin Nəsimi, Yasamal və Binəqədi məktəbliləri və onların müəllimləri noyabrın 12-də axşam saatlarında Lənkərana gəliblər.
Aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında məktəblilər qarşısında çıxış edən şəhər İcra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
Tur-aksiyanın iştirakçıları Lənkərandakı “Qafqaz Sahil”, “Lux” hotellərində, “Palıdlı Sahil” və “Palmalife” istirahət mərkəzlərində, “Şah sarayı”nda yerləşdiriliblər.
Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Məktəblilər noyabrın 13-14-də Lənkəran, Masallı və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmuş və şəhərin müxtəlif yerlərində ağac əkmə aksiyasında iştirak etmişlər.

Keçidlər