Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində 9 noyabr Bayraq Gününə həsr olunmuş ”Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi
08 noyabr 2016 cı il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət bayrağı gününə həsr edilmiş ”Bayrağımız qürur mənbəyimizdir” adlı disput-müzakirə keçirilmişdir. Rayon ziyalılarının və tələbə-gənclərin qatıldığı tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq iştirakçıları Bayraq Günü münasibəti ilə təbrik edib,dövlətçiliyimizin bu milli atributunun yaranma tarixini Azərbaycan tarixinin şanlı səhifəsi adlandırmışdır.
Tədbirə Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə start verilmişdir. Azərbaycan bayrağının müasir dövlətçiliyimizdə oynadığı rolu əks etdirən videoçarx iştirakçılar tərəfindən maraqla izlənilmişdir.
Lənkəran şəhər təhsil şöbəsinin müdir müavini,tarixçi Güloğlan Bağırov bayrağın yaranma tarixindən, Azərbaycan dövlətçiliyi tarixində oynadığı əhəmiyyətli roldan ətraflı bəhs etmişdir. Tədbirdə çıxış edən digər iştirakçılar da milli atributlarımızdan, onların cəmiyyət tarixinə təsirindən, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində oynaya biləcəyi əhəmiyyətli roldan danışmışlar.