Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ SİYAVAR KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

18 oktyabr 2012 | 15:00

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 16-da Siyavar kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, Siyavar və Vel kəndlərinin sakinləri iştirak edirdilər.
Siyavar inzibati ərazi dairəsinin nümayəndəsi Mircavad Abbasov və Siyavar bələdiyyəsinin sədri Rəyasət İmanov əraziyə daxil olan hər iki kəndin əhalisi, onların məşğuliyyəti barədə qısa məlumat verdilər, bəzi sosial-iqtisadi problemləri İcra başçısının diqqətinə çatdırdılar.
Kənd Ağsaqqallar Şurasının sədri Fərman Abbasov, kənd ziyalısı Fərrux Əliyev, təqaüdçü-müəllim Feyruz Bağırov, gənclər adından Hüseyn Qasımov çıxış edərək Siyavarda içməli su problemini həll etmək üçün artezian quyularının təmizlənməsini, Mamusta-Siyavar kəndləri arasında salınmış yeni yaşayış massivində yeni transformatora ehtiyacın olduğunu, Siyavar-Mamusta aftomobil yolunun iki kilometrlik hissəsinin asfaltlaşdırılmasını İcra başçısından xahiş etdilər, Şürük-Vel-Qamışovka avtomobil yolunun əsaslı təmirdən sonra asfaltlaşdırıldığını fərəh hissi ilə vurğuladılar və bu xeyirxahlığa görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə əlaqədar İcra başçısına müraciət etdi, arzu və təkilflərini söylədi.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov mavi Xəzərin qoynunda yerləşən hər iki kəndin yolunun yüksək səviyyədə asfaltlaşdırılmasına görə hər bir sakinlə yanaşı, onların da sevinc hissi keçirdiyini vurğuladı, bugünkü görüş zamanı qaldırılan təkliflərin nəzərə alınacağını və tezliklə yerinə yetiriləcəyini bildirdi.
ŞİH-nin rəsmisi daha sonra Azərbaycanın sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin açıldığını qeyd etdi, cənab Prezidentin hər bir Azərbaycan vətəndaşının yaxşı və firavan yaşaması üçün təxirəsalınmaz və vacib tədbirlərin həyata keçirdiyini bildirdi, bunun Lənkəranın timsalında aydın göründüyünü, yenidənqurma, tikinti və abadlıq işlərinin geniş vüsət aldığını, Şürük-Vel-Qamışovka avtomobil yolunun əsaslı təmiri üçün dövlət başçısının sərəncamının xüsusi əhəmiyyət daşıdığını söylədi.
Taleh Qaraşov sonda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarından geniş bəhs etdi, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutduğunu diqqətə çatdırdı, paytaxt Bakının beynəlxalq yarışların və turnirlərin mərkəzinə çevrildiyini xüsusi vurğuladı, Qarabağ konfliktinin tezliklə həllini tapacağını əminliklə söylədi və hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı.
 

Keçidlər