Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN RAYONUNUN QUMBAŞI KƏNDİNƏ 24 İLDƏN SONRA TƏBİİ QAZ VERİLİB

15 oktyabr 2016 | 16:00

Oktyabrın 14-də Lənkəran rayonunun Qumbaşı kəndinə 24 illik fasilədən sonra təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə şəhər İcra hakimiyyətinin, Lənkəran Qaz İstismar İdarəsinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasimi giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Liman inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəxtiyar Səfərov bildirmişdir ki, 270 abonenti olan Qumbaşı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 17668 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə Qumbaşı kəndinin sakinlərini təbrik etmiş, onlara ən səmimi və xoş arzularını çatdırmış, təbii qazın hər bir mənzilə hərarət, sevinc və bərəkət gətirməsini arzulamışdır.
Sonda rəmzi məşəl alovlandırılmışdır.
Qeyd edək ki, 270-abonenti olan Lənkəran rayonunun Qumbaşı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6568 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11100 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilərək, mənzillərə 270-ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ümumilikdə isə Lənkəran və Liman şəhərləri daxil olmaqla, 66 yaşayış məntəqəsi (ümumi abonentin 88 %) qazlaşdırılıb.

Keçidlər