Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 9 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

14 oktyabr 2016 | 16:00

Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda “2016-cı ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” hesabat müzakirə edildi.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qeyd etdi ki, Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev hesabat dövrü ərzində əldə olunmuş nailiyyətləri xüsusi qeyd edərək bunların bütün dünyanı bürüyən iqtisadi böhranın təsirinə baxmayaraq qazanıldığını vurğulamışdır.
Natiq bildirdi ki, hesabat dövründə ölkənin ictimai-siyasi həyatının ən mühüm hadisəsi ümumxalq səsverməsi-referendumun keçirilməsi olmuşdur. Bütün ölkə əhalisi kimi, lənkəranlılar da Azərbaycan Respublikası Konstitusiyasına təklif edilmiş əlavələrin və dəyişikliklərin zamanın tələbi olduğunu, hər bir vətəndaş üçün həyati əhəmiyyət daşıdığını dərindən başa düşərək seçki məntəqələrinə gəlib bu əlavə və dəyişikliklərə sevinc və fərəh hissi ilə səs vermişlər.
Hesabat məruzəsində diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində əsaslı dönüş yaranmış, genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, iri həcmli investisiya layihələri icra olunmuş, yeni layihələrin icrasına başlanılmışdır.
Rayonda ötən 9 ay ərzində ümumi məhsul buaraxılışı 4,1 faiz artaraq 281,1 milyon manat təşkil etmişdir. Sənayedə 24,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 51,2 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 52,2 fazi artmış və ümumi həcmdə onun xüsusi çəkisi 76,2 faiz təşkil etmişdir.
Bildirildi ki, ötən 9 ay ərzində şəhərin küçələrində və magistral yollar boyunca 41 min kv.metr hasar və bardür rənglənmiş, küçə və səkilərə 4500 kv.metr tamet və 4000 p/m bardür döşənmiş, 101 ədəd yeni müasir küçə işıqlandırıcıları quraşdırılmış, 11000 ədəd ağac, 28000 ədəd gül kolları əkilmişdir. 26 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 7 binanın fasadı rənglənmişdir. Şəhərin prospekt və küçələrinə ümumilikdə uzunluğu 14 min 961 metr, sahəsi 134 min 891 kv.metr asfalt döşənmişdir. Eyni zamanda, Liman şəhərində 540 metr, Şilavar-Digah kəndlərarası 2450 metr uzunluğunda asfalt işi görülmüşdür. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 8,2 km hissəsində cari və əsaslı təmir işləri aparılaraq yenidən asfaltlanmışdır.
Məruzədə qeyd edildi ki, ötən dövr ərzində rayonda ümumilikdə 2058 yeni iş yeri açılmışdır ki, onlardan 1610-u daimi iş yerləridir.
Diqqətə çatdırıldı ki, əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.
Bildirildi ki, 2016-cı ilin 9 ayı ərzində əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirilmiş, Haftoni və Qumbaşı kəndlərində quraşdırma işləri başa çatdırılmış, Ləj kəndinə mavi yanacaq verilmişdir. Ümumilikdə bu dövrdə 16954 p/m metal, 1286 p/m polietilen boru xətti çəkilmişdir. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 93 yaşayış məntəqəsindən 65-i qazlaşdırılmışdır. Ümumilikdə rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48369 abonentdən 42493-ü təbii qazla təmin olunmuşdur ki, bu da ümumi abonentlərin 87,6 faizini təşkil edir.
Məruzə ətrafında Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev, şəhər Təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırov və Qaz İstismari Sahəsinin rəisi Anar Rzayev çıxış edərək cari ilin 9 ayında görülən işlər barədə məlumat verdilər.
İclası yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

Keçidlər