Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA AVTOMATLAŞDIRILMIŞ MƏLUMAT SİSTEMİNİN TƏTBİQİNƏ DAİR ZONA SEMİNARI KEÇİRİLDİ

07 oktyabr 2016 | 16:00

7 oktyabr 2016-cı il tarixdə Lənkəran şəhər Heydər Əliyev mərkəzində “Yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi” mövzusunda zona seminarı keçirilmişdir. Lənkəran ŞİH-nin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə keçirilən seminarda Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı şəhər və rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri və aidiyyati mütəxəssislər, eləcə də İcra hakimiyyəti orqanlarında fəaliyyət göstərən informasiya təminatı sektorlarının müdirləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası icra katibinin müavini Əli Əkbərli, avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair proqram üzrə mütəxəssis Pərviz Muradov, assosiasiyanın yerli inkişaf layihəsi üzrə mərkəzinin müdiri Füzuli Gülməmmədli və başqaları çıxış edərək yerli bələdiyyələrin büdcələrinin formalaşmasında vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinin vacibliyini vurğulamışlar. Təqdimatçılar qeyd etmişlər ki, bələdiyyələrdə yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılması bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi müəyyən problemlər yaradır. Bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası tərəfindən internet üzərindən onlayn qaydada bir serverdən idarə olunan avtomatlaşdırılmış məlumat sistemi hazırlanmışdır.
Diqqətə çatdırılmışdır ki, avtomatlaşdırılmış məlumat sistemini tətbiq etməklə bələdiyyələr vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, gəlir və xərclərin statistik qaydada dəqiqləşdirilməsini və təhlillərin aparılmasını təmin edəcəklər.
Seminarda çıxış edən bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqindən sonra yerli özünüidarəetmənin maliyyə, iqtisadi potensialının güclənməsinə, o cümlədən vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirmişlər.

Keçidlər