Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA REGİONAL FORUM KEÇİRİLİB

19 sentyabr 2016 | 16:00

Sentyabrın 19-da Heydər Əliyev Mərkəzində “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forum keçirilib.
Tədbirdə 9 rayonun – Lənkəran, Masallı, Lerik, Cəlilabad, Yardımlı, Biləsuvar, Astara, Salyan və  Neftçala rayonlarının  nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Regional forumu giriş sözü ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov açmışdır.
Bu ilin aprel döyüşlərində şəhid olanların  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra forum öz işinə başlamışdır. İlk söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşova verilmişdir. O, ilk olaraq İcra başçısı Taleh Qaraşovun salamını iştirakçılara çatdırmışdır.
İ.Dadaşov rayonda keçirilən tədbirlərdə gənclərin yaxından, yüksək fəallıqla iştirakından söz açmış, dövlətin gənclərə göstərdiyi hərtərəfli qayğı və diqqətdən danışmış, onlara vətənə layiq vətəndaş olmalarını arzulamışdır.
Daha sonra forumda Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin sədri, millət vəkili Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış etmişlər.
Sonra dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallığa görə bir qrup gəncə Azərbaycan Respublikası Gənclər və İdman naziri adından Fəxri fərmanlar təqdim olunmuşdur.
Regional forumun sonunda verilən suallar cavablandırılmışdır.

Keçidlər